J.P.Sartre. Şairdən fərqli olaraq, nasir...

Jean-Paul Sartre və Simone de Beauvoir

-

J.P.Sartre 1947-ci ildə yazdığı "Ədəbiyyat nədir" kitabına dörd bölmə daxil etmişdi: Yazmaq nədir? Niyə yazmalı? Kimin üçün? 1947-ci ildə yazıçının situasiyası.

Kitabdan bəzi seçmələr:

- Sənətkar üçün rəng, şərab qoxusu, nəlbəkidəki qaşıq haqda düşünmək yüksək dəyər kəsb edir. O, səsin və ya formanın keyfiyyəti üzərində ayaq saxlayır. Ona təkrar-təkrar qayıdır və ondan sehirlərnir.

- Üslub - yazıçının haqqında söhbət açdığı məsələ haqda dolayı yolla danışmaq bacarığıdır.

- Yazıçı bütün insanlığa müraciətlə yazır, amma onu az adam oxuyur. Bu ideal publika ilə real publika arasında fərqdən abstrakt universallıq ideyası doğulur.

- Dünya ədəbiyyatsız da yaxşı yaşaya bilər. Amma ona qalsa, insanlarsız lap yaxşı yaşayar.

- Şair dünyanı qavramaq sənətkarıdır, nasir isə dünyanı açmaq sənətkarı.

- Şairdən fərqli olaraq, hər bir nasir özü üçün bu suallara cavab tapmalıdır: Deməyə sözün varmı? Dünyanın hansı cəhətini açmaq istərdin? Bu açılışla dünyaya nə dəyişiklik gətirmək istərdin? Və niyə?