Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 02:56

Ziyalı “Mənə nə?”, “Nəyimə lazımdır?” deyə bilməyən adamdır


Əziz Nesin
Əziz Nesin

- "Demokratiyanın iki şərtinin olduğuna inanıram."

Əziz NESİN

Ziyalı və demokratiya

15 Oktyabr, 1984. “Yazko” dərgisi

(İxtisarla)

Bir çox anlayışlar kimi ziyalının da dəqiq tərifini vermək mümkün deyil. Olmamalıdır da. Çünki qavramların zamanla mənaları və funksiyaları dəyişilir.

Məsələn, 20-ci əsrin əvvəllərində ziyalı və onun məsuliyyəti çox dilə gətirilmirdi.

Birinci Dünya Müharibəsindən sonra yaşanan pessimizm dövründə ziyalılar “Nə üçün müharibələrin qarşısını almaq mümkün olmur?” - fikirləşməyə başladılar və həmin müharibədə ziyalının məsuliyyətini axtararaq, buna oxşar bir dünya müharibəsinin bir daha olmaması üçün çalışdılar.

Sartre, Raymond Aron və Andre Glucksmann
Sartre, Raymond Aron və Andre Glucksmann

Parisdə yazıçıların məşhur iclasında “Ziyalının məsuliyyəti” problemi müzakirə olundu.

Amma ziyalıların və xüsusilə yazıçıların bütün cəhdlərinə baxmayaraq, İkinci Dünya Müharibəsi oldu və ziyalının məsuliyyəti məsələsi əvvəlkindən də çox qabardı. Xüsusilə Sartre bu məsələnin üstündə çox dayanmışdı. Qısası, bunu demək istəyirəm ki, “ziyalı” anlayışı dövrün şətlərinə görə dəyişdiyi üçün onun dəqiq tərifi yoxdur.

Elə buna görə “mədəniyyət” və “ziyalı” kimi qavramların çox fərqli tərifləri var. Hər ziyalı digər ictimai qavramlarda olduğu kimi bu məsələdə də özünə görə “ziyalı” qavramının tərifini verib.

Aziz Nesin
Aziz Nesin

Ancaq bu, fərqli təriflərə nəzər yetirəndə “korların fili tərifləməyi” məsələsinə oxşadılmamalıdır.

Çünki bu fərqli təriflər ziyalının tərifi yox, ziyalının keyfiyyətləridir. Ziyalıya xas keyfiyyətlər olduğu üçün də hamısı doğrudur.

Mən də həmçinin ziyalının tərifini verə bilməsəm də, onun keyfiyyətlərini sadalaya bilərəm.

Məsuliyyəti və borcu. Ziyalı yaxın çevrəsindən başlayaraq, səs dalğaları kimi get gedə genişlənən kürələr şəklində bütün dünyadan məsuliyyətli və bu məsuliyyətinin fərqində olan adamdır.

Ziyalı heç bir hadisə barədə “Mənə nə?”, “Nəyimə lazımdır?” deyə bilməyən, məsuliyyətinin fərqində olan, həmçinin fikrini deyən adamdır.

Ziyalı, illah diplomlu olmaq yox, insan olmaq deməkdir. Tariximizdə paşa, bəy olan, amma insan olmayan, yəni ziyalı olmağı bacarmayan çox adam var.

***

Demokratiyanın iki şərtinin olduğuna inanıram. Bunlardan birincisi, xalqın idarəetmədə iştirak etməsi və bunun üçün xalqı iqtisadi və mədəni səviyyəyə gətirməkdir.

İkincisi isə istisnasız hamının bütün qlobal varlıqlardan, maddi və mənəvi zənginliklərdən istifadə edə bilməsidir.

Aziz Nesin
Aziz Nesin

Demokratik azadlıqlara gəldikdə isə, o azadlıqlar birdən çoxdur.

Buna baxmayaraq, bir ölkədə demokratik azadlığın olub-olmadığını göstərən nümunələr misal gətirilə bilər.

Məsələn, hansısa ölkədə bir adam – kim olur olsun, çıxıb “Bu millət belə istəyir!” və ya “Bu millət belə istəmir!” deyə bilirsə və özünü təkbaşına millət hesab edir, bütün xalq adından danışırsa, o ölkədə demokratik azadlıqlardan söhbət gedə bilməz.

Həmçinin hansısa ölkədə hansısa adam özünü məhkəmə hesab edərək, onun kimi düşünməyən insanları günahkar görüb həm də cəzalandırırsa və həmin adamlara özlərini müdafiə etmək üçün haqq verilmirsə, o ölkədə demokratik haqq və azadlıqlardan söhbət gedə bilərmi?!

Özünü məhkəmə hesab edən, özünü millət hesab edən, özünü xalqın yerinə düşünən, yaxud düşünənlər olduqca demək, o ölkədə demokratik azadlıqlar yoxdur.

Mən nə xalqın oturub durmağında kəramət tapanlardanam, nə də xalqımızı çağdaşlığa layiq görməyib aşağılayanlardan. Xalq bizik, yaxşımızla, pisimizlə. Heç yerdə “Fövqəladə xalq” yoxdur.

Dörd dəfə dəyişən hər hansı bir şey beşinci dəfə də dəyişilə bilər və dəyişəcək deməkdir.

Açığı, biz konstitusiyamızı lazımı qədər qoruya bilmədik. Bunda hamının, hamımızın günahı var. Hazırki konstitusiyaya əlbəttə əməl edirəm, buna məcburam. Ancaq gerçək demokratik sistemə uyğun olmadığını düşündüyüm üçün onun dəyişməsini istəyirəm. Zorbalıq edilmədən, qanunla, tez bir zamanda dəyişilməyini arzulayıram.

Fərdlər konstutisiyaya müdaxilə edə bilər? Bəzi rejimlərdə ola bilir. Məsələn, şah rejimində, diktaturada, faşist idarəetmələrdə bir adam konstutisiyanı istədiyi kimi dəyişir, ona müdaxilə edib, pozur. Çünki onlar nə istəsə, konstitusiya odur, dedikləri hər şey qaydadır...

XS
SM
MD
LG