Oskarlı rejissor Qafqazın Karastan respublikasında "itir"

Filmdən görüntü

-

Gürcüstanda çəkilmiş Britaniya komediya filmi "Karastanda itmək" (Lost in Karastan) London Film Akademiyasının verdiyi Britaniya Milli Film Mükafatına namizəddir.

"Karastanda itmək" filmini britaniyalı rejissor Ben Hopkins və polyak rejissor Pawel Pawlikowski birgə çəkiblər.

Filmin süjetində Oskar mükafatlı xəyali rejissor Emil Forester Qafqazda yerləşən xəyali Karastan respublikasına bir milli eposa film çəkməyə gəlir, Karastan respublikasında onun başına çoxlu gülməli oyunlar gəlir.

Filmdə gürcü, azərbaycanlı, erməni obrazları və müvafiq dövlətlərə eyham vuran situasiyalar var, amma onlar Karastan kimi təqdim edilir.

"The Guardian" qəzetinin film tənqidçisi Peter Bradshaw film haqqında pozitiv yazı yazıb, onu qara yumor, sosial realizm kimi təqdim edib.