-
Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş vermiş yanğın iki azyaşlının ölümünə səbəb olub.
Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, yanğın qəsəbədəki 2 otaqlı, ümumi sahəsi 40 kvadrat metr olan evdə baş verib. Ev bütünlüklə yanıb. Yanğın nəticəsində ev sahibinin tüstüdən zəhərlənmiş övladları – 5 yaşlı Nihat və 3 yaşlı Sadiq Zeynalov xəstəxanaya aparılarkən yolda keçiniblər.
Abşeron rayonunun hüquq-mühafizə orqanları faktı araşdırır.