Keçid linkləri

Təcili xəbərlər
2021, 19 May, çərşənbə, Bakı vaxtı 07:04

Yanan özüldən yenə neft çıxarılacaq


-

“Günəşli” yatağının qəza baş verən 10 nömrəli dəniz özülü ilin sonunadək əvvəlki durumunu qaytarılacaq.

Bu haqda SOCAR prezidenti Rövnəq Abdullayev məlumat verib.

Azərtac-ın xəbərinə görə. SOCAR prezidenti deyib ki, hazırda özüldə təmir işləri davam etdirilir. Özüldə quraşdırılan iki kran söküntü işləri aparır:

“Quruda özülün yanmış modulları yeniləri ilə əvəz olunur. Bu ilin sonuna kimi platforma yanğından öncəki vəziyyətinə qaytarılacaq və buradakı quyularda yenidən hasilata başlanılacaq” - deyə R.Abdullayev bildirib.

“Günəşli” yatağındakı 10 saylı özüldə 2015-ci ilin dekabrının 4-də yanğın baş vermişdi. Yanğın baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas edilmişdi. Qalan 30 neftçidən 13 nəfərin cənazəsi tapılıb, digərləri itkin sayılır.

XS
SM
MD
LG