Əlilliyi olan ilk ukraynalı model ABŞ-da podiuma çıxmaq istəyir

Alexandra Kutas

​-

Ukraynalı Aleksandra Kutas Nyu-Yorka təkcə uçub. Onun əlil arabasını təyyarədə zədələyiblər, ancaq dərhal da yenisi ilə əvəzləyiblər. Onu Amerikada qarlı-şaxtalı, yağışlı günlərdə Nyu-Cersi ilə Nyu-York arasında səfərlər, iş təklifləri, radio müsahibələr, yeni tanışlıqlar gözləyir...

Kutas əlilliyi olan ilk ukraynalı modeldir. Onu ilk dəfə 16 yaşında kəşf ediblər. Kafedə oturan yaraşıqlı qızı görən xanım fotoqraf Aleksandraya yaxınlaşıb ona fotosessiya təklifi edir:

Alexandra Kutas

“Dərhal da şəkillərim yayıldı. Bundan sonra arzularım başladı. Nələr edə bilərəm, düşündüm”, o deyir. Aleksandranın sözlərinə görə, o, moda ilə heç bir əlaqəsi olmayan işlərdə çalışırdı. Ancaq, fotoqraf xanım onun həyatını dəyişdi. Üstəlik, Amerikda əlilliyi olan şəxslərin moda nümayişi ilə bağlı internetdə oxuduğu xəbərlər onda model olmaq arzusunu doğurdu.

Ötən il Kutasın fotoları Ukrayna moda həftəsini bəzədi.

ARZULAR ONU AMERİKAYA APARIR, ANCAQ...

Ukraynalı modelin arzusu Nyu-York moda həftəliyinə qatılmaq idi. Artıq üçüncü dəfə olduğu Nyu-Yorkda onu pis hava, yollarda tıxac, uğursuz danışıqlar qarşıladı. Qeydiyyat cədvəli üst-üstə düşmədiyindən podiuma çıxa bilmədi. Amma Nyu-Yorklu fotoqraflardan biri, şizofreniyadan əziyyət çəkən Mayk Dot onunla bir neçə fotosessiya üzərində çalışdı. Xəstəliyi Marka çalışmağa mane deyil, fotoları mükafat qazanır. O, makiyaj üzrə rəssam olan Ta Minq Çen-lə evlidir.

O, HƏM DƏ, HOSPİTALDA KÖNÜLLÜDÜR

Bir neçə gündən sonra Kutas doğma vətəninə, Dnepropetrovskiyə qayıdır. Onu burda maraqlı bir il gözləyir – fotomodel karyerası ilə yanaşı Kutas şəhərin pandusa uyğunlaşdırılması layihəsi üzərində işə başlayıb. Bununla yanaşı, əlilliyi olan şəxslərin səyahət-şousu konsepsiyası üzərində çalışır. Üstəlik, o, ölkənin şərqində yaralanmış hərbçilərə könüllü kimi xidmət göstərmək üçün hospitallara da baş çəkir.

Alexandra Kutas