"Yemlik" dərgisinin 2-ci sayı çıxıb

"Yemlik"

-

“YAZI” ədəbiyyat dərgisinin uşaqlar üçün əlavəsi olan "YEMLİK" dərgisinin 2-ci sayı çapdan çıxıb.

Dərginin bu sayında “Uşaq yazıçılar” bölümü var. Burada məktəbli yazıçılar Ülvi Hüseynzadə, Xocanəzirzadə Məryəm, Banu Məmmədli və Zəhra Qaragözün hekayələri verilib.

“Yazıçılar uşaqlar haqqında” rubrikasında N.Gəncəvi, Ə.Kərim, S.Behrəngi, M.Zehtabi, R. Qaraca, A.Qaradərəli, M. Köhnəqala, A.Bünyadzadə, M.Əzizpur, Ə.Laçın, M.Ağoğlu, Aləmzər Əlizadə, Rəşid Bərgüşadlı, S.Nuruqızı, S.Elsevər, Şahnaz Kamal, H.C.Orhun, Vüsal Quluzadə, Elvira Məmmədli, Alov İnanna, İnqilab Naseh, Hədiyyə Şəfaqətin yazıları yer alıb.

"Uşaqlar üçün pyes” yerində Əjdər Olun “Biri vardı, biri yox” pyesi verilib.

“Çevirmə”də Gianni Rodari, H.C.Andersen, S.Nikolov, Robert Herrick'in əsərlərindən nümunələr və ispan nağıllarından seçmələr dərc olunub.

“Rəssam uşaqlar” rubrikasını bu dəfə məktəbli rəssamlar Aytən Nəbiyeva, Sahib Hətəliyev və 4 yaşlı Nilayın rəsmləri bəzəyib.

Dərgidə “Lətifələr”, “Kitab rəfi”, “Təqdimat”, “Dekonstruksiya”, “İlk animasiya filmləri” kimi bölmələr də var.

“Yemilik”də dərc olunan rəsmlərin bir çoxunun (üz qabığı da daxil olmaqla) müəllifi tələbə rəssam Gülbəs Ayvazdır.