Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:10

Bakıda yeni uşaq jurnalı: Yemlik


"Yemlik" jurnalının üzü
"Yemlik" jurnalının üzü

- “YAZI” ədəbiyyat dərgisinin uşaqlar üçün əlavəsi olan “Yemlik” jurnalının ilk sayı çapdan çıxıb. Dərgi məsul redaktor Sevinc Elsevərin giriş yazısı ilə açılır.

Şeir bölməsində Hüseyn Cavid, Əli Kərim, Mirmehdi Seyidzadə, Murad Köhnəqala, Nərmin Kamal, Sevinc Elsevərin uşaqlar üçün şeirləri, nəsr bölümündə Əkrəm Əylisli, Azad Qaradərəli, Rasim Qaraca, Seymur Baycan, Nərmin Kamal, Mirmehdi Ağoğlu, Aygün Bünyadzadə, Sevinc Nuruqızı, Alov İnanna, Əfsanə Laçının hekayələri, Sevinc Elsevərin “Donu qırmızı” romanı çap olunub.

Dərgidə ən maraqlı rubrika yəqin ki, “Uşaq yazıçılar”dır. Burada Nilufər, Ülvi, Nərmin kimi balaca qələm dostlarımızın yazıları yer alıb.

Çevirmə yerində İ.S.Turgenev, Əziz Nesin, Umberto Eko, Madonna, L.Frank Baum kimi yazarların uşaqlar üçün yazdığı hekayələr, eyni zamanda müxtəlif ölkələrin xalq nağılları verilib.

“Təbriklər” bölümündə müxtəlif məktəb və bağçalardan olan uşaqlar dərginin əlavəsinin ilk sayını təbrik edirlər.

“Rəssam uşaqlar” rubrikasında uşaqların rəsmləri çap olunub. “Yeni nəşrlər” bölməsində “Gəlincik evi” kitabı (dünya uşaq ədəbiyyatından seçmələr) haqqında yazı yer alıb.

İlk irihəcmli – 144 səhifəlik uşaq dərgisində başqa maraqlı yazılarla da tanış olmaq mümkündür.

“Yemilik”də dərc olunan rəsmlərin bir çoxunun (üz qabığı da daxil olmaqla) müəllifi tələbə rəssam Gülbəs Ayvazdır.

XS
SM
MD
LG