Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 19:15

Yeni uşaq kitabı: Gəlincik evi


- Facebook sosial şəbəkəsindəki ən böyük kitab qruplarından olan Kitabsevərlər qrupu Senzor.org mədəniyyət səhifəsi ilə birlikdə "Gəlincik evi" adlı uşaq hekayələri toplusunu çap edib.

Kitabda Dünya Ədəbiyyatından seçmə uşaq hekayələri tərcümə olunaraq nəşr etdirilib. Kitabsevərlərin Tərcümə Qrupu müxtəlif ölkələrin müəlliflərinin uşaqlar üçün yazdığı hekayələri tərcümə edərək balaca kitabsevərlərə təqdim edirlər.

Təqdimat günü "Gəlincik evi" kitabını əldə edən hər bir kitabsevərə, elə yenə Kitabsevərlərin Tərcümə Qrupunun fəallarından olan Sevər Bayramovanın ixtisarla və uşaqlar üçün işləyərək tərcmə etdiyi, məşhur İtalıya yazıçısı Edmundo de Amisisin "Uşaq qəlbi" kitabı hədiyyə edilib.

Təqdimat sentyabrın 20-də Bakumoz Kitab Mərkəzində baş tutub.

XS
SM
MD
LG