Avropanın bir ədəbiyyat dərgisində elanlar

Elanlar

-

"Skoob Books" – Geniş və daim yenilənən ikinci əl kitab dükanımız Bransvik çimərliyinin arxasında yerləşir. Fəlsəfə, ədəbiyyat, incəsənət, riyaziyyat, elm, foto, səyahət, çimərlikdə oxumaq üçün kitablar satırıq.

*

"The Broadway Bookshop" - Kiçik, amma gözəl müstəqil kitab dükanı Haknidə, Brodvey marketin üstündə yerləşir. Biz bədii ədəbiyyat kitabları satırıq. Tez-tez qiraət, müzakirə tədbirləri keçiririk.

*

"Kitab tapmaq xidməti". Təkcə kitab yox, CD və DVD-lər də tapırıq. Nə mövzuda, hansı kitab lazımınızdırsa, tapa bilərik. Ünvan...

*

Emalatxana axmaqlar üçündür. Sənə gərək olan redaktordur. Ədəbiyyat atelyemizin ünvanı...

*

Yüksək səviyyəli korrektə və redaktə xidmətləri. Bədii və akademik ədəbiyyat üçün. Yüksək standart, aşağı qiymət. Nəşriyyat təcrübəm sizdə təəssürat yaradacaq. Tinayla bu ünvanda əlaqə saxla.

*

Bədii ədəbiyyat və elmi-kütləvi ədəbiyyat kitablarının agentiyəm. Öz nəşr etdiyiniz (self-published) kitabları dünyada təmsil etmək üçün mənə müraciət edin.

*

İkinci əl kitab dükanlarında işləmək üçün könüllülər lazımdır. Kitab bağışlamaq istəyənlər də buyursular. Bizim kitab dükanlarımızın gəliri "Amnesty International" təşkilatına insan hüquqları işi üçün gedir. İnsanı qoru. Ünvan...