Sinifdənxaric oxuda “Yemlik”dən istifadə edəcəklər

- Kitabevim.az kitab marketində “Yazı” ədəbiyyat dərgisinin əlavəsi olan “Yemlik” uşaq toplusunun ilk sayının təqdimatı olub.

Tədbiri giriş sözü ilə “Yazı”nın baş redaktoru yazıçı Azad Qaradərəli açıb. O, sonra mikrofonu “Yemily”in məsul redaktoru şairə Sevinc Elsevərə həvalə edib.

Sevinc Elsevər dərginin yaranma zərurətindən danışaraq sözü uşaqlara – Vüsal, Nilufər, Pakizə, Ayla və başqa uşaqlara verib.

Uşaqların rəngarəng çıxışları alqışlarla qarşılanıb. Xüsusilə dərgidə yazıları çap olunan balaca Vüsalın dedikləri tədbirə rəng qatıb:

”Mən gələcəkdə öz oğluma bu tədbir barədə danışacam və fəxrlə deyəcəm ki, bu jurnalın yaranmasında mənim də əməyim olub.”

Uşaqların çıxışından sonra yazıçılar Əkrəm Əylisli, Rasim Qaraca, Şərif Ağayar, Mirmehdi Ağoğlu və başqaları çıxış edərək uşaq ədəbiyyatındakı boşluqdan söz açmış və “Yemiliy”in bu boşluğu doldurmaq üçün atılan mühüm addım olduğunu qeyd ediblər.

Sonda Azərbaycan Pedoqoji Universitetinin müəllimi Adil Balıyev və bir sıra orta məktəb müəllimləri dərginin əhəmiyyətindən söz açmış, sinifdənxaric oxu zamanı “Yemlik”dən istifadə edəcəklərini deyiblər.

Tədbir məktəblilərin dərgidən oxuduqları ədəbi parçalarla davam edib.