Yerevan Dövlət Gənclər Teatrı Türkiyəyə qastrola gedir

Edith Piaf

- Gələn ay Türkiyədə ilk dəfə bir erməni teatrının tamaşası səhnə alacaq. Bu, Yerevan Dövlət Gənclər Teatrıdır.

Onları Türkiyəyə "Theater Painted Bird" dəvət edib. 15-16 oktyabrda İstanbulda göstəriləcək tamaşa “Edith Piaf-Marcel" tamaşası olacaq.

Pyesin mövzusu bu günlərdə 100 illiyi qeyd olunan əfsanəvi fransız müğənnisi Edith Piaf’ın idmançı Marcel Cerdan’a məhəbbəti və həsrətidir.

Ermənistanlı rejissor Hagob Qazancyanın səhnəyə qoyduğu, baş rolunu Məryəm Qazancyan adlı aktrisanın oynayacağı bu tamaşa İstanbulun Şişli Bələdiyyə Mədəniyyət Mərkəzində nümayiş etdiriləcək.

Pyes qeyri-ənənəvi üslubdadır, baş rolun ifaçısı tamaşa boyu yalnız bir sözü təkrar-təkrar deyir: “Marcel”.