Kitab dükanları gecəyarı açılacaq

Harper Lee

-

Həyatım boyu nadir hallarda gecəyarı dükan açmışam

Məşhur “Adamaldadan quşu öldürmək” (“To Kill a Mockingbird”) romanının müəllifi Harper Lee uzun fasilədən sonra yeni roman yazıb.

“Go Set a Watchman” (Hərfi tərcümə: Get gözətçi qoy) adlanan yeni roman 13 iyulda satışa çıxacaq. Bu hadisəni qeyd etmək üçün dünyanın bir çox kitab dükanları gecəyarı açılacaq.

İngiltərənin “Waterstones” kitab dükanlarından biri isə hətta gecəyarı festival keçirəcək. Tanınmış kitab biznesmeni James Daunt bunu “olduqca həyəcanlı hadisə” adlandırıb.

"Mən dükanları ona görə gecəyarı açıram ki, bu kitab o diqqətə layiqdir. Həyatım boyu nadir hallarda gecəyarı dükan açmışam. Bir dəfə Markesin “Vəba günlərində eşq” kitabı 1988-ci ildə çıxanda, sonra on il əvvəl J.K.Rowling üçün, indi də 2015-ci ildə Harper Lee üçün."

Dükanlarda həmçinin “Adamaldadan quşu öldürmək” kitabı əsasında 1962-ci ildə çəkilmiş məşhur film nümayiş olunacaq.

Harper Lee ABŞ yazıçısıdır, 1960-cı illərdə Pulitzer mükafatına layiq görülmüş “To Kill a Mockingbird” kitabı ilə dünya şöhrəti qazanıb. Kitab 2014-cü ildə Azərbaycan dilində "Bülbülü öldürmək" adı ilə nəşr olunub.

Oxu zalı