Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:24

Dünyanın ən nüfuzlu qadın yazarları – 20-lik


Harper Lee-yə ABŞ-ın Azadlıq Medalı verilir. Mükafatı prezident George W.Bush təqdim edir. 5 noyabr 2007
Harper Lee-yə ABŞ-ın Azadlıq Medalı verilir. Mükafatı prezident George W.Bush təqdim edir. 5 noyabr 2007

-

Britaniyadakı “Qadınlar üçün Baileys Nəsr mükafatı”nın təşkilatçıları oxucular və sənət adamları arasında sorğu keçiriblər:

Hansı qadın yazarın əsəri onların düşüncəsinə daha çox təsir edib?

Sorğu əsasında tərtib edilən reytinq - 20-lik “The Guardian” qəzetində dərc edilib.

88 yaşlı Amerika romançısı Harper Lee-nin “Adamaldadan quşu öldürmək” (To Kill a Mockingbird) romanı birinciliyə yüksəlib.

Roman 1960-cı ildə çap olunub. Dərhal dünyaca məşhurlaşıb və Pulitzer mükafatı qazanıb.

Romanda təsvir edilən hadisələr Amerikanın depressiya illərinə təsadüf edir. Qaradərili gənc ağdərili qızın zorlanmasında yanlış olaraq ittiham edilir. Əsər faciəli sonluqla bitir.

Bu əsər Amerikada irqi ayrı-seçkiliyin aradan qalxmasında, ağlarla qaraların bərabərliyi üçün hərəkatın qələbə qazanmasında ciddi rol oynayıb.

Kanada yazıçısı Margaret Atwood-un qadınlarla mal, əmlak kimi davranılmasına qarşı yazılmış “The Handmaid's Tale” (Xidmətçinin hekayəti) adlı distopiyası da 20-likdədir.

Yeri gəlmişkən, bu roman əsasında film də çəkilib. Qadınlarla “müqəddəs vəzifəsi ölkənin gələcəyi naminə uşaq doğmaq olan hüquqsuz varlıqlar” kimi davranılır. (Ardı aşağıda)

“Harry Potter” kitabları ilə Britaniya yazıçısı JK Rowling 4-cüdür.

20-lik tam olaraq:

1) To Kill a Mockingbird – Harper Lee

2) The Handmaid's Tale – Margaret Atwood

3) Jane Eyre – Charlotte Brontë

4) Harry Potter – JK Rowling

5) Wuthering Heights – Emily Brontë

6) Pride and Prejudice – Jane Austen

7) Rebecca – Daphne du Maurier

8) Little Women – Louisa May Alcott

9) The Secret History – Donna Tartt

10) I Capture the Castle – Dodie Smith

11) The Bell Jar – Sylvia Plath

12) Beloved – Toni Morrison

13) Gone With the Wind - Margaret Mitchell

14) We Need To Talk About Kevin – Lionel Shriver

15) The Time Traveller's Wife – Audrey Niffenegger

16) Middlemarch – George Eliot

17) I Know Why the Caged Bird Sings – Maya Angelou

18) The Golden Notebook – Doris Lessing

19) The Colour Purple – Alice Walker

20) The Women's Room – Marilyn French

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG