Dünyanın ən qocaman aktyoru 100 yaşını qeyd edir, oxuyur, oynayır

Vladimir Zeldin

-

Rusiyanın və SSRİ-nin xalq artisti Vladimir Zeldin 100 yaşını qeyd edir.

"Karnaval gecəsi", "10 zənci balası" və s. filmlərdə, ən çox da teatrda çalışmış aktyor yubileyini səhnədə oynayaraq, oxuyaraq keçirib.

Hazırda Rusiya ordusunun teatrında çalışan Zeldin dünyada fəaliyyətdə olan ən qocaman aktyor sayılır.

"100 yaşımda ən böyük hədiyyəm - həyatdır! Əgər allah məni qoruyursa, demək ki mən eləməli olduqlarımı hələ bitirməmişəm" - deyə aktyor təəssüratlarını bölüşüb.

3 il qabaq holland aktyoru və estrada artisti İohannes Heesters 108 yaşında Almaniyada vəfat etmişdi.