Keçid linkləri

2025, 20 Aprel, bazar, Bakı vaxtı 18:24

Hitlerin sevimli artisti 108 yaşında vəfat etdi


Tanınmış holland aktyoru və estrada artisti İohannes Heesters dekabrın 24-də 108 yaşında Almaniyada vəfat edib.

O, son günlər Ştarnberq şəhərindəki xəstəxanada müalicə edilirdi.

Heesters 1930-cu illərdə nasist Almaniyasında çox populyar idi və dəfələrlə Almaniyaya qastrol səfərlərində olmuşdu.

Onun konsertlərini yüksək çinli nasistlər, o cümlədən nasist diktatoru Adolf Hitler də izləyirdi. O, Hitlerin sevimli sənətçilərindən sayılırdı.

Heesters fəaliyyətdə olan ən qocaman artist kimi Ginnesin rekordlar kitabına da düşmüşdü.

O, kinoda debütünü 1924-cü ildə "Holland sirki" filmində etmişdi. Sonuncu dəfə isə 2008-ci ildə "Xoşbəxtliyə aparan yol" filmində çəkilmişdi.

Heesters estradakı 89 illik karyerası zamanı 80-dən artıq filmdə çəkilib: müzikllərdən və komediyalardan melodramlara qədər.

Son illərdə görmə qabiliyyətini az qala tamam itirsə də, Heesters səhnədə epizodik rollarda çıxış edirdi.

Heesters haqda daha ətraflı
XS
SM
MD
LG