-
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) məşhur rus yazarı Boris Pasternakın fikrini - "Doktor Jivaqo" romanı haqda dediyi fikri Twitter-də rusca post edib.
"Mən bu romanı çap olunub oxunması üçün yazdım və bu, yeganə arzum olaraq qalır".
Я писал роман для того, чтобы он был издан и прочитан и это остаётся единственным моим желанием -Пастернак
— CIA (@CIA) January 15, 2015
SSRİ-də qadağan edilmiş romanı MKİ 1950-ci illərin sonunda rusca çap etmiş və gizli şəkildə Sovetlər Birliyinə keçirmişdi. (Burada ətraflı oxu)
Bu, bir müddət əvvəl MKİ-nin arxiv sənədləri ictimaiyyətə açıqlanarkən bəlli olub.
MKİ digər postunda, cibə yerləşən formatda çap edilmiş həmin kitabın şəklini verib və kitab nəşr ediləndən sonra Pasternakın Nobel mükafatına layiq görüldüyünü qeyd edib.
1959: We funded pub of mini books to be mailed or concealed in a jacket pocket. #Zhivago http://t.co/bIteoYTYAO pic.twitter.com/OlRbsdKcE4
— CIA (@CIA) January 15, 2015