"Qızıl qlobus"un qalibləri elan edildi

ABŞ - Rejissor Richard Linklater (sağda) "Golden globe" mükafatının qalibidir.

-


Yanvarın 11-də "Qızıl Qlobus" mükafatının təqdimatı keçirilib.

ABŞ-da, Beverli Hilldə keçirilən 72-ci mükafatlandırma mərasimində "Qızıl Qlobus" öz sahiblərinə təqdim olunub.

"Ən yaxşı film" nominasiyasında "Uşaqlıq" ("Boyhood") filmi qalib olub.

Film eyni zamanda "Ən yaxşı rejissor" və "İkinci planda ən yaxşı qadın rolu"na görə də mükafat qazanıb.

"Ən yaxşı komediya/myuzkl" nominasiyasında "The Grand Budapest Hotel" (Qrand Budapeşt oteli) filmi birincilik qazanıb.

"Birdman" filmi "Ən yaxşı ssenari"sinə görə mükafatlandırılıb.

"Xarici dildə ən yaxşı film" nominasiyasının qalibi isə Zvyagintsevin "Lefiafan"ı (Rusiya) olub.