Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:03

"Oscar" səsverməsi başlandı


-

Amerika Kino Akademiyası "Oscar" mükafatının nominantlarını seçmək üçün səsverməyə başlayıb.

Səsvermə nəticəsində qısa siyahı müəyyənləşəcək və daha sonra onların arasından qalib seçilərək elan olunacaq.

Akademiyanın üzvlərinə elektron bülletenler göndərilib və onlar bülletenləri dolduraraq səsverməni təşkil edən audit-konsaltinq şirkətinə göndərirlər.

Həmin şirkət səsverməni 1934-ci ildən bəri təşkil edir.

"Ən yaxşı film" nominasiyasında "Boyhood" (Yeniyetməlik) "Birdman", "Selma", "The Imitation Game" (İmitasiya oyunu) filmləri favorit sayılır.

"Yeniyetməlik" Berlin Kinofestivalında "Ən yaxşı rejissor" nominasiyasında "Gümüş şir" mükafatını qazanıb. Film 6 yaşlı Mason Evans-ın necə böyüməsindən, valideynlərinin boşanmasından, onun narkotiklərlə ilk "tanışlığından", özünə sevgili tapmasından və s.-dən bəhs edir. (Rej: Richard Linklater)

"Selma" 1960-cı illərdə ABŞ-da qaradərililərin öz hüquqları uğrunda mübarizəsindən bəhs edir.

"İmitasiya oyunu" isə 2-ci Dünya Müharibəsində almanların "Eniqma kodu"nu sındırmış, bununla da alman ordusu və kəşfiyyatının məxfi məlumatlarına çıxış əldə etmiş, savaşın daha tez bitməsinə, daha az insanın ölümünə yol açmış əfsanəvi kriptoqraf Alan Turing haqdadır. O, Trung ki sonradan Britaniya hakimiyyətinin gözündən düşmüşdü - onu homoseksuallığına görə məsuliyyətə cəlb etmişdilər.

Qısa siyahı yanvarın 15-də elan ediləcək.

Bundan əvvəl "Ən yaxşı xarici film" nominasiyasında qısa siyahı seçilib.

XS
SM
MD
LG