Kamran Nəzirlidən iki yeni kitab

"Mütərcim" nəşriyyatı yazıçı Kamran Nəzirlinin iki kitabını nəşr edib.

"Miras" adlanan Azərbaycan dilindəki kitaba yazıçının son illər qələmə aldığı 18 hekayəsi, habelə "Miras", "Narkoman" və "Şeytan işığı" pyesləri daxil edilib.

"19+1" adlanan rus dilindəki kitabın tərcüməçisi və redaktoru Cavid Abbasovdur.

Rusdilli oxucular üçün nəzərdə tutulmuş bu kitaba isə yazıçının 19 hekayəsi və bir pyesi daxil edilib.

Kitabları Bakı Kitab Klubundan və Bakının kitab mağazalarından almaq olar.