-
Dünyasını dəyişmiş məşhurların adı onların varislərinə ətək-ətək pul gətirməkdə davam edir.
“Forbes” jurnalı ən çox qazanan vəfat etmiş məşhurların reytinqini tərtib edib.
Pop kralı Michael Jackson-un İrsi Fondu ötən 1 ildə 140 milyon dollar qazanıb. Bunun çox hissəsi müğənninin ölümündən sonra buraxılmış “Xscape” albomundan gələn gəlirdir.
Ümumilikdə isə 2009-ci ildə vəfat edəndən bəri pop kralı 700 milyon dollar qazanıb.
İkinci yerdə rok əfsanəsi Elvis Presley qərarlaşıb (55 milyon dollar).
Sonrakı yerlər:
3. Charles Schulz (karikaturaçı rəssam)
4. Elizabeth Taylor
5. Bob Marley
6. Marilyn Monroe
7. John Lennon
8. Albert Einstein
9-12. Theodor Geisel
9-12. Bruce Lee
9-12. Steve McQueen
9-12. Bettie Page