Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Michael Jacksonun öldüyü malikanə satışa çıxarıldı


Michael Jackson, Santa Maria, 29 Aprel 2005
Michael Jackson, Santa Maria, 29 Aprel 2005
Michael Jacksonun ən son yaşadığı malikanə satışa çıxarılıb.

Ev məşhur Beverly Hills-də yerləşir.

Jackson 2009-cu ilin iyununda bu evdə dünyadan köçüb.

Evə 23, 9 milyon dollar qiymət qoyulub.

Xəbəri «Forbes» jurnalının saytı yayıb.

Jurnal diqqətə çatdırır ki, hazırda evdə məşhur müğənnini xatırladacaq heç nə qalmayıb.

Ev yeni sahibini gözləyir.

Ev satışı ilə məşğul olan agentlərin alıcı seçimində çox diqqətli olduğu da vurğulanır.

Agentlər evi almaq istəyən hər kəsin alıcılıq qabiliyyətini əvvəlcədən ciddi-cəhdlə yoxlayırlar.

Bu, almaq adıyla evə baxmaq istəyən təsadüfi adamların qarşısını almaq üçündür.

Malikanənin sahəsinin 1,5 min kv.m. olduğu bildirilir.

Malikanədə 7 yataq, 13 hamam otağı, 14 buxarı, şərab saxlamaq üçün zirzəmi, idman zalıhovuz var.

Malikanə 2002-ci ildə tikilib və 38 milyon dollar qiymət qoyulub.

Jackson malikanəyə 2008-ci ildə Neverland-dəki rançosunu borc üzündən satmağa məcbur olandan sonra köçüb.

Əslində malikanə Jacksonun deyilmiş. «AEG Live» prodüser mərkəzi bu evi ona 100 min dollara kirayə tutubmuş.

Xatırladaq ki, ötən il hərracda Jacksonun öldüyü evin bəzi əşyaları –tablolar və müğənninin dərman stolu satışa çıxarılmışdı.

Hərracda 700 min dollarlıq əşya satılmışdı.

İndi isə evin özü satışa çıxarılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG