Yurmala müsabiqəsinin qalibi gürcü müğənni oldu - Video

-

Latviyanın Yurmala şəhərində keçirilən "Yeni dalğa" mahnı müsabiqənin qalibi gürcü müğənni Nutsa Buzaladze oldu.

17 müğənni müsabiqədə ilk gündən bal hesabı ilə öndə idi.

İkinci və üçüncü mükafatları isə Ukraynadan olan müğənnilər Victoria Petrik və Vyacheslav Ribikov qazanıblar.

İyulun 22-də başlanan müsabiqə bu il siyasi qalmaqalla müşayiət olunub.

Latviyanın xarici işlər nazirliyi məşhur rus müğənniləri İosif Kobzon, Oleg Gazmanov və Valerianın ölkəyə daxil olmasını yasaqlayıb.

Səbəb kimi Rusiyanın Ukraynaya qarşı təcavüzü göstərilib.

Və həmin müğənnilərin "imperilaizmin təbliğatçıları olması".