Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:53

Latviya məşhur rus müğənnilərinə qadağa qoydu


Iosif Kobzon
Iosif Kobzon

-

Latviyanın xarici işlər naziri Edgar Rinkevich ölkəyə girməsi qadağan edilmiş şəxslərin siyahısını genişləndirib.

"Qara siyahı"ya Oleg Gazmanov, İosif Kobzon (həm də Rusiya Dumasının üzvüdür) Valeriya da salınıb.

Özü də "Novaya volna" mahnı müsabiqəsinə 1 gün qalmış.

Rinkevich 2 gün qabaq öz Twitter hesabında yazmışdı ki, "imperializm və təcavüzü dəstəkləyən" musiqiçilərin Latviyaya gəlməsinə imkan verməyəcək.

Xarici İşlər Nazirliyi sözügedən şəxslərin Ukraynanın ərazi bütövlüyünə qarşı yönələn aksiyalarda iştirakına bu cür cavab verib.

Hər üç müğənni prezident Putinin Ukrayna siyasətini dəstəkləyən bəyanatlara imza atmışdılar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG