ABŞ Suriyadakı seçkini «biabırçılıq» adlandırır

Bashar al-Assad və həyat yoldaşı Asma al-Assad

-

Birləşmiş Ştatlar Suriyadakı prezident seçkisini «biabırçılıq» adlandırıb. Dövlət Departamentinin sözçüsü Marie Harf Bashar Assad rejimini «təmsil və müdafiə etmək istədiyi elektoratı» öldürməkdə ittiham edib.

Üç ildən bəri Suriyada gedən vətəndaş müharibəsində 16 mindən çox adam ölüb. Assad-a sadiq qüvvələrin nəzarətində olmayan ərazilərdə seçki keçirilməyib.

NATO-nun baş katibi Anders Fogh Rasmussen seçkini «saxta» adlandırıb.

İyunun 3-də keçirilən prezident seçkisində Assad-in iki opponenti olub.

Ancaq Assad-in asanlıqla üçüncü dəfə - yeddi illiyə prezident olacağı gözlənilən idi.

Seçki komissiyası bildirib ki, seçici fəallığı yüksək olduğundan səsvermə bir neçə saat uzadılıb.