Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Suriyada prezident seçkiləri günüdür


Prezident Bashar al-Assad və həyat yoldaşı Asma, 2012
Prezident Bashar al-Assad və həyat yoldaşı Asma, 2012
-
İyunun 3-də Suriyada prezident seçkiləri keçirilir. Seçkilərdə hazırkı prezident Bashar al-Assad-in böyük səs çoxluğu ilə qələbə qazanacağı gözlənilir.

50 ilə yaxın dövrdə ilk dəfədir seçki bülletenində birdən artıq namizədin adı var. Assad-ə qarşı faktiki olaraq iki tanınmayan rəqib - Maher al-HajjadHassan al-Nuri mübarizə aparır.

Üç ilə yaxındır Suriyada vətəndaş müharibəsi gedir, bu müddət ərzində 160 mindən çox adam ölüb, milyonlarla adam didərgin düşüb.

Seçkiləri Suriya rejiminin müttəfiqlərindən – Şimali Koreya, İran və Rusiyadan olan müşahidəçilər izləyir.

ABŞ seçkiləri «demokratiyanın parodiyası» adlandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG