Tənqidçinin əməliyyat zamanı niyə öldüyü açıqlandı

Elnarə Tofiqqızı

-

Cərrahiyyə əməliyyatı zamanı anesteziya prosesi düzgün tənzimlənmədiyi üçün Elnarə Tofiqqızında oksigen azlığı yaranıb, tənəffüs prosesi pozulub və bu onun ölümünə səbəb olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, tənqidçinin ölümü ilə bağlı keçirilən təkrar komisyon ekspertizanın nəticəsi belədir.

Tənqidçinin həyat yoldaşı əməliyyatda iştirak edən həkimlərin məsuliyyətə cəlb edilməsinə çalışır.

Həkimlər isə günahları olmadığını iddia edirlər.

1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.