Təbrizin futbol klubu İran kubokunu qazanıb [Video]

«Traktorsazi» qələbəni bayram edir

-
Fevralın 14-də Kirman şəhərində Təbrizin «Traktorsazi» komandası meydan sahibi «Mis Kirman» klubunu 1-0 hesabı ilə udaraq İran kubokunun qalibi olub.

İran xəbər agentlikləri Azərbaycan şəhərlərində əhalinin küçələrə çıxıb şənlik etdiklərini bildirir.

İran azərbaycanlıları tərəfindən sevilən və əhali arasında «Tıraxtur» olaraq tanınan «Traktorsazi» klubu ikinci dəfə Asiya Çempionlar Liqasında iştirak hüququ da qazanıb.

Klubun Portuqaliyadan olan baş məşqçisi António José Oliveira oyunçu və məşqçilik həyatında «Tıraxtur» qədər sevilən bir klub görmədiyini deyir.