-
«Namizədlərə bərabər şəraitin yaradılması və seçki prosesinin təkmilləşdirilməsi üçün hələ çox işlər görülməlidir» – ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkisinə dair yekun rəyində belə deyir.
«SİYASİ İRADƏYƏ EHTİYAC VAR»
Dekabrın 24-də açıqlanmış sənədə görə, bu seçki ifadə, toplaşma və birləşmə azadlıqlarına məhdudiyyətlər şəraitində keçirilib və namizədlərin hamısına bərabər şərait yaradılmayıb. Seçki kampaniyası namizədlərə qarşı ittihamlar, seçicilərin qorxudulması, mediaya məhdud çıxış imkanları şəraitində keçirilib.
Büro ilkin rəyində seçki günü müşahidə olunan problemlərin Azərbaycanın ATƏT öhdəliklərini ciddi çatışmazlıqlarla yerinə yetirdiyini üzə çıxardığını vurğulayırdı:
«Səslərin hesablanması müşahidə aparılan seçki məntəqələrinin 58 faizində pis və ya çox pis dəyərləndirilib və ciddi problemlərə diqqət çəkilib».
Yekun hesabatda qeyd olunur ki, seçki komissiyalarının yenidən formalaşdırılması, namizədlərin qeydiyyatı qaydalarının təkmilləşdirilməsinə dair tövsiyələrin bir çoxuna əməl edilməyib:
«Seçki qutularının topa bülletenlərlə doldurulması, yekun protokolların dəyişdirilməsi kimi ciddi qanun pozuntularının aradan qaldırılması yolu ilə seçki prosesinin tamlığının təmin olunması üçün siyasi iradəyə ehtiyac var».
«İSLAHATLAR APARILMALIDIR»
«Hüquq və İnkişaf» İctimai Birliyinin rəhbəri Hafiz Həsənov ATƏT-in yekun hesabatını ilkin rəyin davamı adlandırır, ancaq ilkin rəyin daha çox önəm daşıdığını deyir. Yekun hesabatda seçki günü, seçki şikayətləri, seçkiqabağı təşviqatla bağlı məsələlər, sadəcə, daha detallı əks olunub, hakimiyyətə prioritet və ümumi xarakterli təkliflər yer alıb.
Hüquqşünasın fikrincə, əsas odur ki, bu təkliflərin yerinə yetirilməsi üçün hökumətlə birgə fəaliyyət olsun. Yəni siyasi bəyanatlardansa hesabatın ikitərəfli müzakirəsi daha faydalı sayılardı:
«Hakimiyyət seçki sahəsində hüquqi və praktik mənada islahatlar aparmalıdır. Bu nöqsanların növbəti seçkilərdə təkrarlanmaması üçün islahatlar zəruridir. Seçki Məcəlləsi, sərbəst toplaşma azadlığı, birləşmə azadlığı, seçki şikayətlərinə baxılma mexanizmləri ilə bağlı dəyişikliklərə ehtiyac var».
Seçkidə Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli səslərin rəsmən 5.53%-ni faizini qazanmışdı. Milli Şura seçkinin total saxtakarlıqla keçdiyini, rəsmi nəticələri tanımadığını bildirmişdi. Milli Şuranın sədri Cəmil Həsənlinin fikrincə, ATƏT-in rəyi seçkini bütövlükdə qeyri-legitim hesab etmək üçün yetərlidir. Çünki rəydəki tənqidi mülahizələr kifayət qədər güclü və əsaslıdır:
«2 DƏFƏDƏN ARTIQ ƏSAS VAR Kİ...»
– Xeyr, bu, məntəqələrin haradasa 28 faizi edir. Bu, 1200-ə yaxın məntəqənin göstəricisidir. Ancaq nəzərə alın ki, seçki pozuntularına görə bircə məntəqənin də nəticəsi ləğv olunmayıb. Qabaqkı seçkilərdə məntəqələrin 8-10, bəzən 14 faizində nəticələr ləğv olunurdu. Bu dəfə saxtakarlığa göstəriş bilavasitə yuxarıdan verildiyi üçün bircə məntəqənin də nəticəsi ləğv edilmədi.
Cəmil Həsənli deyir ki, ATƏT/DTİHB öz tövsiyələrini seçki saxtakarlığını rüsvayçılıq sayan və Avropa dəyərlərinə sadiq ölkələrdən ötrü hazırlayır. Azərbaycan hakimiyyəti isə tövsiyələri feodal təfəkkürü ilə qəbul etdiyindən həmin onlar ölkə üçün elə də ciddi təsir mexanizmi deyil.
«49-U RAZI, BİRİ NARAZI»
ATƏT-in ilkin rəyi hakimiyyət rəsmilərini xeyli əsəbiləşdirmiş, sərt bəyanatlar doğurmuşdu.
YAP sədrinin müavini Əli Əhmədov ATƏT/DTİHB-nin ilkin rəyini qeyri-obyektiv və qərəzli, Azərbaycan xalqının iradəsinə hörmətsizlik adlandırmışdı.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu yaxınlarda AzadlıqRadiosuna deyib ki, DTİHB-nin növbəti seçkiyə dəvət olunacağından danışmaq hələ tezdir, axı növbəti seçkilərə hələ çox var. Ancaq nazir ATƏT-lə əməkdaşlığın davam etdiriləcəyini bildirib:
«ATƏT/DTİHB-nin qiymətləndirməsindəki bəzi məqamlarla biz razı deyildik və bu fikri də onlara çatdırmışıq. 50 təşkilatdan müşahidəçilər Azərbaycana gəlib, 49-u razı, 1-i narazı qalıb. Bu da DTİHB-nin mövqeyini şübhə altına salır».
Rəsmi nəticəyə görə, oktyabrın 9-da keçirilmiş seçkinin qalibi indiki prezident İlham Əliyev olub. O, 84.54 faiz səslə 3-cü müddətə prezident elan edilib.
«Namizədlərə bərabər şəraitin yaradılması və seçki prosesinin təkmilləşdirilməsi üçün hələ çox işlər görülməlidir» – ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkisinə dair yekun rəyində belə deyir.
«SİYASİ İRADƏYƏ EHTİYAC VAR»
Dekabrın 24-də açıqlanmış sənədə görə, bu seçki ifadə, toplaşma və birləşmə azadlıqlarına məhdudiyyətlər şəraitində keçirilib və namizədlərin hamısına bərabər şərait yaradılmayıb. Seçki kampaniyası namizədlərə qarşı ittihamlar, seçicilərin qorxudulması, mediaya məhdud çıxış imkanları şəraitində keçirilib.
Büro ilkin rəyində seçki günü müşahidə olunan problemlərin Azərbaycanın ATƏT öhdəliklərini ciddi çatışmazlıqlarla yerinə yetirdiyini üzə çıxardığını vurğulayırdı:
«Səslərin hesablanması müşahidə aparılan seçki məntəqələrinin 58 faizində pis və ya çox pis dəyərləndirilib və ciddi problemlərə diqqət çəkilib».
Yekun hesabatda qeyd olunur ki, seçki komissiyalarının yenidən formalaşdırılması, namizədlərin qeydiyyatı qaydalarının təkmilləşdirilməsinə dair tövsiyələrin bir çoxuna əməl edilməyib:
«Seçki qutularının topa bülletenlərlə doldurulması, yekun protokolların dəyişdirilməsi kimi ciddi qanun pozuntularının aradan qaldırılması yolu ilə seçki prosesinin tamlığının təmin olunması üçün siyasi iradəyə ehtiyac var».
«İSLAHATLAR APARILMALIDIR»
«Hüquq və İnkişaf» İctimai Birliyinin rəhbəri Hafiz Həsənov ATƏT-in yekun hesabatını ilkin rəyin davamı adlandırır, ancaq ilkin rəyin daha çox önəm daşıdığını deyir. Yekun hesabatda seçki günü, seçki şikayətləri, seçkiqabağı təşviqatla bağlı məsələlər, sadəcə, daha detallı əks olunub, hakimiyyətə prioritet və ümumi xarakterli təkliflər yer alıb.
«Hakimiyyət seçki sahəsində hüquqi və praktik mənada islahatlar aparmalıdır. Bu nöqsanların növbəti seçkilərdə təkrarlanmaması üçün islahatlar zəruridir. Seçki Məcəlləsi, sərbəst toplaşma azadlığı, birləşmə azadlığı, seçki şikayətlərinə baxılma mexanizmləri ilə bağlı dəyişikliklərə ehtiyac var».
Seçkidə Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli səslərin rəsmən 5.53%-ni faizini qazanmışdı. Milli Şura seçkinin total saxtakarlıqla keçdiyini, rəsmi nəticələri tanımadığını bildirmişdi. Milli Şuranın sədri Cəmil Həsənlinin fikrincə, ATƏT-in rəyi seçkini bütövlükdə qeyri-legitim hesab etmək üçün yetərlidir. Çünki rəydəki tənqidi mülahizələr kifayət qədər güclü və əsaslıdır:
«2 DƏFƏDƏN ARTIQ ƏSAS VAR Kİ...»
– Azərbaycan qanunvericiliyinə görə, səhv etmirəmsə, 25 faiz pozuntu varsa, bu, nəticələrin ləğvi üçün əsas qəbul edilə bilər. Ancaq burada söhbət 58 faizdən gedir. Yəni 2 dəfədən də artıq əsas var ki, nəticələr qanunsuz sayılsın. Bu baxımdan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyi kifayət qədər ciddi rəydir.
– Ancaq hakimiyyətin ATƏT Bürosuna əsas iradı budur ki, səsvermə mindən (1000) artıq məntəqədə müşahidə olunub, bu da ümumi məntəqə sayının heç üçdə biri deyil.