2026, 15 Noyabr, bazar, Bakı vaxtı 10:39

Avropa Birliyi: ATƏT ciddi problemləri üzə çıxarıb

Stefan Fule və Catherine Ashton
Stefan Fule və Catherine Ashton
-
Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Catherine Ashton və Komissar Stefan Füle-nin sözçüləri belə bir bəyanat yayıb:

“Ali nümayəndə və Komissar ATƏT/DTİHB Beynəlxalq Müşahidə Missiyasının ilkin tapıntılarını və nəticələrini nəzərə alır. Seçkidə güclü seçici fəallığı Azərbaycan xalqının demokratik prosesə sadiqliyini göstərir. Ancaq ATƏT/DTİHB-nin ilkin nəticələri seçki günü proseslərinin bütün mərhələlərində ciddi problemləri üzə çıxarıb. Ciddi qüsurlar müəyyən olunub– söz azadlığına, toplaşma və birləşmə azadlıqlarına məhdudiyyətlərdən dolayı bütün namizədlər üçün bərabər imkan yaranmayıb. Azərbaycanın beynəlxalq öhdəliklərinə əməl olunması üçün bu problemlər həll olunmalıdır. Eyni zamanda, seçki şikayəti vermiş vətəndaşların müraciətlərinə səmərəli baxılacağına təminat verilməlidir”.

Avropa Parlamenti və AŞPA nümayəndə heyətlərinin bəyanatını qeyd edən Ali Nümayəndə və Komissar Azərbaycan hakimiyyətinin yerli və beynəlxalq müşahidəçilərin iştirakını təmin etmək iradəsini alqışlayır. Onlar Azərbaycanda demokratiya və hüququn aliliyinə doğru yolun inkişafı üçün hakimiyyəti beynəlxalq ictimaiyyətin tövsiyələrini nəzərə almağa çağırır.

Hər iki təmsilçi Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasətinə uyğun olaraq ikitərəfli gündəmlə yanaşı Azərbaycanla yaxın əməkdaşlığı davam etdirmək istəyini bildirib.
​
XS
SM
MD
LG