'Xutor' sakinləri evlərinin sökülməsinə etiraz edir

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakının Binəqədi rayonunda yerləşən "Xutor" yaşayış massivində yolun kənarında yerləşən yaşayış evlərinin söküntüsünə başlanılıb. Rayonun Yavər Həsənov küçəsi, döngə-1 ünvanında yaşayan sakinlər evlərinin söküntüsünü qanunsuz adlandıraraq söküntü aparanlara mane olmağa çalışıblar. Söküntüyə rəhbərlik edən Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Zülfəli İsmayılovsa deyir ki, evləri sökülən sakinlərə kompensasiya verilir...