Qahirədə Morsinin tərəfdarları ilə polis arasında qarşıdurma olub

Sizin brauzer HTML5-i dəstəkləmir

Ötən gecə Misir polisi devrilmiş prezident Muhammad Morsinin tərəfdarlarının paytaxt Qahirədə keçirdirdikləri aksiyanı dağıtmaq üçün gözyaşardan qazdan istifadə edib. Hazırda həbsdə olduğu ehtimal olunan Morsinin hakimiyyətə qaytarılmasını tələb edən tərəfdarları günlərdir ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirirlər. Reuters agentliyinin videosu.