Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:03

Misirdəki çevriliş Erdoğan-a mesajdır


Egypt -- An injured supporter of deposed President Muhammad Morsi carries a poster of Mursi as they run from tear gas fired by riot police during clashes on the Sixth of October Bridge over the Ramsis square area in central Cairo, July 15, 2013
Egypt -- An injured supporter of deposed President Muhammad Morsi carries a poster of Mursi as they run from tear gas fired by riot police during clashes on the Sixth of October Bridge over the Ramsis square area in central Cairo, July 15, 2013
-
MİSİRDƏ SON DURUM

Avropa Birliyinin Xarici Siyasət Komissarı Catherine Ashton iyulun 17-sində Misirə gəlib. Ashton səfər zamanı yeni təyin olunan Baş nazir Hazem el-Beblawi hökumətinin üzvləriylə görüşəcək. Səfərdən əvvəl Ahston 3 iyul çevrilişindən sonra ilk dəfə “hərbi çevriliş” ifadəsindən istifadə edən bəyanat vermiş və Misirdəki durumdan narahatlığını bildirmişdi. Ashtondan əvvəl Qahirəyə gələn ABŞ Dövlət Katibinin müavini William Burns Misirdə demokratiyann inkişafına tərəfdar olduqlarını bəyan eləsə də, yeni hökuməti siyasi motivli həbslərdən çəkinməyə çağırmışdı. Eyni gündə Parisdə danışıqlar aparan BMT Baş katibi Ban Ki-Moonun də çağırışı oxşar idi.

“Mən Misirdə Müsəlman Qardaşlığı hərəkatının 200-ə yaxın rəhbər vəzifə tutan üzvünün həbsindən dərin narahatam. İndi qisas və hesablaşma zamanı yox, birləşmə və qaynaşma zamanıdır”.

3 iyulda hakimiyyətdən uzaqlaşdırılan prezident Muhammad Morsinin Müsəlman Qardaşlığı hərəkatı iyulun 16-dan vəzifələrinin icrasına başlayan yeni hökuməti qanunsuz adlandırıb. Çevrilişə rəhbərlik etmiş ordu generalı Abdel-Fattah al-Sisiyə isə yeni hökumətdə həm Müdafiə, həm də Baş nazirin müavini postları verilib.


TÜRKİYƏ QƏRBDƏN NƏ İSTƏYİR?

Maraqlıdır ki, çevrilişin ilk günlərində Amerika və Avropa Birliyi rəsmiləri Misirdəki dəyişikliyi hərbi çevriliş kimi qiymətləndirməsələr də, sonradan Müsəlman Qardaşlığının üzvləri həbs edildikcə və toqquşmalar artıqca onlar da bəyanatlarındakı ifadələri və tonunu dəyişdilər. İndi Qərb dövlətləri yeni yaradılacaq quruluşda bütün siyasi tərəflərin, o cümlədən Müsəlman Qardaşlığının təmsil edilməsini istəyirlər. Elə ilk gündən Misirdə baş verənləri kəskin şəkildə qınayan qonşu Türkiyədə isə rəsmilər deyirlər ki, bu dəyişim məhz onların Qərblə apardıqları danışıqların nəticəsidir.

“Demokratik seçkiylə hakimiyyətə gələn bir hökumətin səbəbi nə olursa-olsun qeyri-qanuni yollar, hərbi çevrilişlə devrilməsi qəbuledilməzdir”.

Türkiyənin Xarici İşlər naziri Ahmet Davutoğlu Misirdəki çevrilişdən bir gün sonra bu cür bəyanat vermişdi və o vaxtdan keçən vaxt ərzində Ankaranın olaya baxışı dəyişməyib. Çevriliş baş verən zaman Türkiyənin Baş naziri Recep Tayyip Erdoğan İzmirdəki tətilini yarımçıq kəsin hökumətin toplantısını çağırmışdı. Sonra isə Türkiyə hökuməti Vaşinqton və Brüssellə təmaslarında hərbi çevrilişin pislənməsi üçün danışıqlar aparırdılar.

Guardian qəzetinin yazarı James Baldwin iyulun 17-dəki məqaləsində iddia edir ki, əslində Türkiyə hökumətinin məsələyə bu cür həssas yanaşması təsadüfi deyil. Çünki Türkiyədə hakimiyyətdə olan Erdoğanın AKP-si Tunisdə və Misirdəki inqilablardan sonra hakimiyyətə gələn islamçı qüvvələrə böyük dəstək verirdi. Məsələn, Ankara Tunisdə polisə təlimlər keçir, Misirə isə 1 milyard dollar kredit də vermişdi.

Qərbdə bunu Erdoğanın “yeni-Osmanlı” iddiaları ilə bağlayırlar. Erdoğan çıxışlarında heç vaxt Türkiyənin Yaxın Şərqdəki rolunun artması və regional güc mərkəzinə çevrilməsi iddialarını gizlətmir. Guardianın fikrincə, “indi “Erdogan daha çox ərəbcə tvitterdə nəsə yazır, nəinki türkcə. Üstəlik Morsi də AKP-ni özünə bir model kimi seçdiyindən Misirdə baş verənlər Erdoğana şəxsən dəxli var.”


ERDOĞAN NİYƏ MİSİRDƏN QORXUB?

Baldwinin fikrincə “AKP Misirdə Morsiyə qarşı başlayan etirazları heç vaxt ciddi qəbul etmirdi. Hətta onları nəzəriyyəsinə görə, Qahirədə olanlarla İstanbulun mərkəzində Gəzi parkında olanlar eyni mərkəzdən idarə olunurdu. Məqsəd Türkiyə və islam demokratiyasını zəiflətməkmiş”. AKP-nin strateqlərindən sayılan Hatem Ete açıqca bəyan etmişdi ki, İstanbulda edə bilmədiklərini, Qahirədə elədilər.

Guardianın fikrincə, Erdoğanı qorxudan ən əsas amil odur ki, Türkiyədə də AKP böyük çoxluğun səsini qazanıb hakimiyyətə gəlsə də, səsini qazanmadıqlarının ciddi müxalifəti ilə üzləşir. Səbəbsə odur ki, hakimiyyətə gəldikləri illərdə islamçı kimliyini o qədər də ön plana çəkməyən AKP son illərdə səslərinin sayı artıqca siyasətini də dəyişməyə başlayıb. Müxtəlif konspirasiya nəzəriyyələrinə söykənən məhkəmə araşdırmaları, iqtidara qarşı çıxanların həbsləri və ya bizneslərinə qarşı müdaxilələr və s. Türkiyədə normaya çevrilir.

Baldwin yazır ki, “əslində AKP-nin unutduğu bir şey var ki, Misirdə Morsini devirənlərin arasında islamçılar da vardı, Qahirədə onun istefasını tələb edənlərin isə etirazı heç islama qarşı da deyildi. Etirazın səbəbi Morsinin də Ərdoğan kimi hakimiyyətini möhkəmlətmək üçün ancaq islamçıların dəstəyinə arxayınlaşması və etiraz edən kütlələrin tələbini nəzərə almamaq oldu”.


SİYASİ İSLAM ÜÇÜN ƏN YAXŞI MODEL

Bu baxımdan Guardinın fikrincə, Tunisdəki nümunə daha yaxşı sayılmalıdır. Orada hakimiyyətə gələn Ennahda partiyası da islamçıdır. Amma hökuməti bütün siyasi spektri əhatə edən partiyalardan təşkil edib, sol-mərkəzçilər və mühavizəkarları da unutmayıblar. Türkiyə və Misrdən fərqli olaraq burada Müxalifəti xəyanətkarlar kimi göstərmirlər və mühavizəkarlıq ilə islam arasında durmağa çalışan bir sistem qurmaq istəyirlər. Çünki anlayırlar ki, əgər İslamçı artiya öz gücündən istifadə edib ancaq bir yolu seçsə, o zaman digər tərəflər də buna cavab vermək üçün birləşə və güclənə bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG