Prezidentdən "xüsusi fərqlənən" gənc yazarlara 10 min manatlıq mükafat

-

Prezident İlham Əliyev gənclər üçün mükafat təsis edib.

Gənclər üçün Prezident Mükafatını "Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində nailiyyətlərini təşviq etmək məqsədi ilə" təsis edilib.

Fərmanda deyilir:

"1. Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis edilsin"

AzərTAc