-
AZƏRBAYCAN 165 ÖLKƏ ARASINDA 139-CU YERDƏ OLDU
Economist İntellegence Unit özünün yeni yayılan illik hesabatında Azərbaycanı avtoritar rejimli ölkələr sırasına qoyub.
Dünyanın 165 ölkəsində demokratiyanın 2012-ci ildəki vəziyyətini öyrənən təşkilat “Demokratiya İndeksi 2012” adlı hesabat hazırlayıb. Sənəddə ölkələr demokratiyanın vəziyyətinə görə 4 qrupa bölünür: Tam demokratik ölkələr, qüsurlu demokratiyası olan ölkələr, hibrid rejimli ölkələr və ən sonda avtoritar rejimli ölkələr.
Sənəd müəllifləri Azərbaycanın avtoritar rejimli ölkələr, Ermənistan və Gürcüstanın isə hybrid rejimli ölkələr sırasında olduğunu qeyd edirlıər.
Sənədə görə Azərbaycan demokratiyanın vəziyyəti sarıdan 165 ölkə arasında 139-cudur. Azərbaycan bu mövqeyi ilə Qambiya, Oman, Qatar kimi ərəb ölkələrindən də geridə göstərilir. Azərbaycanın qonşularından olan Gürcüstan 93-cü, Ermənistan 114-cü, Rusiya 122-ci, Türkmənistan 161-ci sırada göstərilir.
ƏN PİSİ HÖKUMƏTİN FUNSİONALLIĞIDIR
Hesabatda demokratiyanın səviyyəsi beş müxtəlif sahədə vəziyyət əsasında qiymətləndirilir: seçki prosesi və pluralizm, vətəndaş azadlıqları, hökumətin funksionallığı, siyasətdə iştirak və siyasi mədəniyyət.
Müəlliflərə görə Azərbaycanda beş kateqoriya içərisində nisbətən vətəndaş azadlıqlarının səviyyəsi yaxşıdır. Ən aşağı vəziyyət isə hökumətin funksionallığındadır.
Müəlliflər qeyd edirlər ki, Azərbaycanda demokratiyanın vəziyyəti 2006-cı ildən bəri pisləşir. 2006-cı ildə Azərbaycanın Demokratiya indeksi 3.31 bal, 2012-ci ildə isə daha aşağı – 3.15 bal olub.
YENƏ İKİLİ STANDARTLAR?
Azərbaycan rəsmiləri adətən belə tənqidləri Bakıya yönəlmiş hansısa siyasi təzyiq cəhdi adlandırırlar. Demokratik İslahatlar Partiyasının lideri Asim Mollazadə də hesabatda hansısa ikili standartlarla yanaşa meyli hiss etdiyini bildirir.
Onun sözlərinə görə əgər Azərbaycanda etiraz aksiyası iştirakçıları döyülürsə, Ermənistanda sadəcə olaraq öldürülür. 2008-ci ilin president serçkisindən sonra aksiyada öldürülən 10 nəfərə görə günahkarlar hələ də cəzalandırılmayb.
Azərbaycanla müqayisədə Ermənistanda prezidentliyə namizəd təzyiqlərə məruz qalmır, sadəcə güllə ilə susudrulur.
Amma Azərbaycanın avtoritar, Ermənistanın isə hibrid rejimli dövlətlər sırasında göstərilməsi onun fikrincə, hesabatın dəyərini aşağı salır:
- Azərbaycan da bir keçmiş sovet respublikasıdır. Burada insan haqlarının pozulması təbiidir. Ölkədə çox ciddi islahatlar aparılmalıdır. Amma Ermənistan və Rusiyada vəziyyətin daha yaxşı göstərilməsi bu hesabatın qiymətini aşağı salır.
ƏSLİNDƏ SIFIR OLMALI İDİ?
Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli isə hesabatda Bakının
nvanına səslənən tənqidlərin ona sürpriz olmadığını deyir.
O qeyd edir ki, Azərbaycanda vəziyyəti əslində sıfır demokratiya kimi qiymətləndirmək lazım idi. Səbəb kimi də xüsusilə 2005-ci ilin parlament seçkisindən sonra ölkəsə azadlıqların kütləvi şəkildə boğulmasını göstərir:
- 2005-ci ilin parlament seçkisindən sonra ölkədə siyasi azadlıqların təmin olunmasında ciddi geriləmələr müşahidə edilir. Həmin seçkidən bir qədər sonra keçirilmiş etiraz aksiyası paytaxt Bakıda sərbəst toplaşmaq azadlığı ilə bağlı yeganə nümunədir.
O zamandan bəri keçirilən 3 seçki və referendumun heç biri yerli və beynəlxalq müşahidəçilər tərəfindən demokratik seçki standartlarına uyğun seçki kimi qiymətləndiriulməyib.
ŞƏRQİ AVROPA GERİLƏYİR, ƏRƏB DÜNYASI İRƏLİLƏYİR
Mərkəzi ofisi Londonda yerləşən Economist İntellegence Unit 1946-cı ildən bəri müxtəlif sahələrdə təhlillər hazırlayaraq maliyyəçilərə, dövlət qurumlarına satır. Təşkilat son illər dünyada demokratiyanın vəziyyətinə dair də hesabatlar hazırlayır. Martın 25-də yayılan sənəd təşkilatın dünyada demokratiyaya dair 5-ci hesabatıdır.
Economist İntellegence Unit qeyd edir ki, ümumilikdə Şərqi Avropa ölkələri son illər demokratiya sarıdan çox aşağı göstəricilər nümayiş etdirirlər. 2012-ci ildə bu regiondakı 28 ölkədən 10-da demokratiyanın səviyyəsi geriləyib. Xüsusilə Müstəqil Dövlətlər Birliyi ölkələrinin çoxunda avtoritarizm güclənib.
“Xüsusi media azadlıqları sahəsində ciddi geriləmələr var. 2008-ci ildən bəri güclənən bu tendensiya bütün regiona təsir edir. Əsasən də electron media sahəsində ciddi problemlər var. Yazılı mediada və internet sahəsində də azadlıqlar boğulur, amma electron media adətən ciddi dövlət nəzarəti tətbiq edilir, ya da təsir altında saxlanır” -deyə müəlliflər qeyd edirlər.
Hesabata görə ərəb dünyasında görünməmiş demokratiya dalğasının dünyada demokratikləşdirmə prosesinə də ciddi təsir edə bilər. Amma eyni zamanda ərəb ölkələrində demokratiyanın perspektivləri də qeyri-müəyyən olaraq qalır.
Hesabata görə ABŞ və Böyük Britaniya demokratik ölkələrin öncül mövqelərini qoruyurlar. Amma siyasi səhnənin qütbləşməsi ABŞ demokratiyasına əksinə, bir qədər mənfi təsir edib. Britaniya demokratiyası isə institutlaşma böhranı yaşayır.