Çin dünyanın 5-ci ən böyük silah ixracatçısıdır

Arxiv foto

-

Çin silah satışına görə Britaniyanı ötərək, dünyanın ən böyük 5-ci ixracatçısına çevrilib. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun son hesabatında qeyd olunur.

Məlumata görə, Çin silahlarının birinci alıcısı Pakistandır, silah-sursatın təxminən 55 faizini idxal edir.

Hesabata əsasən, Çində 2008-2012-ci illər ərzində silah ixracı əvvəlki 5 illiklə müqayisədə 162 faiz artıb.

Hazırda dünyada ən böyük silah ixracatçısı ABŞ-dır, bazarın 30 faizi onun payına düşür. Daha sonra Rusiya (26%), Almaniya (7%), Fransa (6%), Çin (5%) gəlir.

Dünyanın əsas 5 silah idxalçısı isə Asiyada yerləşir. Birinci yerdə Hindistan, daha sonra Çin, Pakistan, Cənubi Koreya və Sinqapur gəlir.