Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 21:31

ABŞ-ın xarici ölkələrə silah satışı üç dəfə artıb


Arxiv foto
Arxiv foto
ABŞ-ın silah satışı 2011-ci ildə üç dəfə artaraq rekord həddə çatıb. Silahların əsas hissəsi İranın regional ambisiyalarından narahat olan Fars Körfəzi müttəfiqlərinə satılıb. Bu barədə Konqres üçün hazırlanan yeni araşdırmada bildirilib.

ABŞ-ın xaricə silah satışı ötən il 66.3 milyard dollar olub. Bu, dünya silah bazarının dörddə üçündən çox deməkdir.

2011-ci ildə dünya bazarında 85,3 milyard dollarlıq silah satışı olub. Rusiya 4,8 milyardlıq silah satışı ilə ikinci yerdə gəlir.

Araşdırmada göstərilir ki, dünya iqtisadi böhranı silah satışına da təsir göstərib.

Amma İranla yaşanan gərginliklər Fars Körfəzi ölkələrini - Səudiyyə Ərəbistanını, Birləşmiş Ərəb Əmirliyini və Omanı ABŞ-dan rekord səviyyədə silah almağa vadar edib. Bu Körfəz ölkələri İranla sərhəd deyillər. Bu ölkələr daha çox bahalı hərbi təyyarələr və mürəkkəb reaktiv müdafiə silahları alıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG