Heydər Əliyevin AzadlıqRadiosuna müsahibələrinin səs yazıları

Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev.

-
Dekabrın 12-də Azərbaycanda mərhum prezident Heydər Əliyevin vəfatı ilə bağlı anım mərasimləri keçirilir. O, 2003-cü il dekabrın 12-də Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib.

AzadlıqRadiosunun arxivində Heydər Əliyevlə bir neçə müsahibə var. Onlardan bəzilərinin səs yazılarını təqdim edirik.

Sovet İttifaqının həyatda olduğu sonuncu günlər - 1991-ci il avqustun 19-da baş vermiş QKÇP əhvalatı haqqında Heydər Əliyev AzadlıqRadiosuna müsahibə vermişdi. Bu hadisədən az öncəyə qədər Sovet rəhbərlərindən olmuş Heydər Əliyev müsahibəsində QKÇP-çiləri pisləmişdi.

Onun 1991-ci il avqustun 24-də AzadlıqRadiosuna verdiyi müsahibəni tam şəkildə burada dinləyə bilərsiniz:

Sizin brauzer HTML5-i dəstəkləmir

Heydər Əliyev QKÇP haqqında


Heydər Əliyev 1991-ci il avqustun 13-də AzadlıqRadiosuna verdiyi başqa bir müsahibədə isə o zaman müxtəlif adlar altında SSRİ-nin bərpası cəhdlərini tənqid edir, Yeni İttifaq Müqaviləsi deyilən bir formanın işləməyəcəyini bildirir. Heydər Əliyevin AzadlıqRadiosunun Azərbaycan redaksiyasının o zamankı direktoru Mirzə Xəzərə müsahibəsinin audioyazısı:

Sizin brauzer HTML5-i dəstəkləmir

Heydər Əliyevin Mirzə Xəzərə müsahibəsi


Keçmiş prezident AzadlıqRadiosunun əməkdaşı ilə daha bir dəfə 1999-cu ildə söhbət edib. O zaman radionun rus redaksiyasının əməkdaşı Vladimir Toltsla görüşən Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının daxilindəki sirləri açırdı:

Sizin brauzer HTML5-i dəstəkləmir

Heydər Əliyevin AzadliqRadiosuna müsahibəsi