Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:34

Heydər Əliyev rolunu yeni filmdə ukraynalı aktyor oynayacaq


Heydər Əliyev
Heydər Əliyev
-
Mərhum prezident Heydər Əliyev haqqında film çəkilir.

Bu haqda ilk dəfə «Pen Club» proqramında məlumat vermişdik.

Film trilogiya Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilir. Onun rejissoru Ramiz Fətəliyevdir. O, bu haqda AzadlıqRadiosuna müsahibə verəcəyini də demişdi. Amma, rejissorun dediyi kimi, gah səfərlər, gah başqa işlər buna mane oldu.

Artıq birinci filmin çəkilişləri başlanıb. İyulun 27-də rejissor «Novosti Azerbaydjan»a deyib ki, filmin ilkin adı «Ən adi soyad» adlanır, baş rolu isə ukraynalı aktyor Aleksandr Nikitin oynayır.

Beləliklə, filmin ssenari müəllifləri Elmira AxundovaRamiz Fətəliyevdir. Quruluşçu rejissor Rafiq Əliyev, quruluşçu rəssam Rafiq Nəsirov, operatoru Nadir Mehdiyev, bəstəkar Faiq Sücaəddinovdur.

Birinci film Heydər Əliyevin anadan olmasından 1969-cu ilə qədərki dövrü əhatə edir. Ramiz Fətəliyev deyir ki, Heydər Əliyevin həyatının bu dövrü - Naxçıvan KQB-sində işə başlaması və bu quruma rəhbər təyin olunmasınadək olan dövr az araşdırılıb, bəlkə də heç araşdırılmayıb.

Heydər Əliyevi filmdə 5 nəfər canlandıracaq. Onun uşaqlığını oynayacaq aktyorlar hələ seçilir. Gənclik dövrünü aktyor olmayan Əliş Nəsirov canlandırmalıdır.
Ramiz Fətəliyev
Ramiz Fətəliyev

Ramiz Fətəliyev deyir ki, onlar siyasətçinin yetkin dövrünü oynayacaq aktyoru – Aleksandr Nikitini çox axtarıblar. O deyir ki, məqsəd zahiri oxşarlıq axtarmaq olmayıb, Əliyevin xarizmasını çatdıracaq aktyor tapmaq olub:

«Nikitin bizi həm şəxsi, həm də peşəkar cəhətdən təmin edir».

Aleksandr Nikitin bu rolu oynamağı şərəf saydığını deyib. «Əfsanəvi şəxsiyyət» adlandırdığı Əliyevi canlandırdığına görə böyük məsuliyyət və sevinc hiss etdiyini də əlavə edib.

O ki qaldı Heydər Əliyevi səsləndirəcək aktyora, Ramiz Fətəliyev bunu sirr saxlayıb. Rejissor səbəbini belə izah edib:

«Biz istəmirik ona mane olsunlar».

Aktyor siyasətçini həm rus, həm Azərbaycan dilində səsləndirməlidir.

5 ay davam edəcək çəkilişlər Naxçıvanda, Moskvada, Peterburqda və Riqada aparılacaq. Film Heydər Əliyevin 90 illiyinə kimi hazır olmalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG