http://www.youtube.com/embed/dBZ3RqMgXd4?rel=0
- Facebookdan şərh yaz
-
Prezident İlham Əliyevin tərəfdarı müxalifətçi kimi tənqid yaza bilərmi? Və ya sosial mediada tənqid yazan adam avtomatik müxalifət düşərgəsinə aid edilə bilərmi?
Azadlıq FM-in qonağı jurnalist Turan İbrahimov və Nida Vətəndaş Hərəkatının fəalı Anar Gəraylıdır.
Turan İbrahimov:
Anar Gəraylı:
Turan İbrahimov:
Anar Gəraylı:
Gülər Əhmədovanın cəzalandırılmaması kimin günahıdır? Vətəndaşların?
Turan İbrahimov:
Mən düşünürdüm ki, xalqın qurtuluşunun yolu indiki hakimiyyətdir. Amma Gülər Əhmədova videosundan sonra mən sarsıntı yaşadım.
Anar Gəraylı:
Turan İbrahimov:
Telefonla verilişə qoşulan Almaniyada yaşayan azərbaycanlı fəal Həbib Müntəzir:
Mən özümü müxalifətin təmsilçisi yox, müxalif fikrin təmsilçisiyəm... Sosial şəbəkələrdə müxalif fikirlər yazmaqla müxalifətçi, müxalif gənc olmaq mümkün deyil. Sadəcə Turan İbrahimov müxalif fikirlər yazmaqla itirilmiş nüfuzunu geri qaytarmaq istəyir. Bu da uğursuz cəhddir...
AzadliqFM sherhleri

- Hər kəs Gülər Əhmədovadan danışır, müzakirədən danışır. Mənim onunla qəsd-qərəzim yoxdur. Sadəcə məsələ əhəmiyyətlidir. Gülər Əhmədovyla bağlı video sübutdur. Videonun əlavə şərhə ehtiyacı yoxdur. İndi istintaq gedir, Gülər Əhmədovasa deyir ki, bu şantajdı, mənə böhtan atırsız və s. Əgər ölkənin gündəmini tutmuş bu skandalın aktyorları utanmadan belə deyirsə, mən də buna görə deyirəm ki, bura Azərbaycandır…
Anar Gəraylı:
- Mən yalansız yaşamaq istəyən gənclərdən biriyəm. Hərənin öz seçimi var. Kimsə yalanla yaşamağı seçir. Kimsə yalansız yaşamağı… Yalansız yaşamaq istəyənləri çox zaman müxalifətçi də adlandırırlar.
Turan İbrahimov:
- Gülər Əhmədova videosuna görə səsləndirdiyim fikirlərdən sonra bəzi qəzetlər yazdılar ki, Turan İbrahimov müxalifətə keçdi. Bunu yazan insanların psixologiyasında problemlər var...
Anar Gəraylı:
Gülər Əhmədovanın cəzalandırılmaması kimin günahıdır? Vətəndaşların?
Turan İbrahimov:
Mən düşünürdüm ki, xalqın qurtuluşunun yolu indiki hakimiyyətdir. Amma Gülər Əhmədova videosundan sonra mən sarsıntı yaşadım.
Anar Gəraylı:
- Biz seçki qutularının oğurlanmasını, büllütenlərin topayla seçki qutusuna atılmasının şahidi olmuşuq. Bəs niyə zaman bu qanunsuzluqlar haqda danışmırdınız? İndisə danışırsız…
Turan İbrahimov:
- Mən o zaman şou verliş aparırdım. Sosial şəbəkələrdə olmadığıma görə, seçkilər, siyasi proseslər haqda yaza, danışa bilmirdim…