Qırğızıstanda "sms"lə boşanma qadağan oluna bilər

SMS-lə boşanma - "təlaq" sözü

Qırğızstan parlamentinin üzvü ölkənin baş müftisinə müraciət edib ki, müfti SMS-lə boşanmağı qanunsuz elan etsin.

Ar-Namus partiyasından deputat olan Bakir-Uulu deyib ki, Qırğızıstandan yüzlərlə, minlərlə işçi miqrant Rusiyada və Qazaxıstandadır. Onlar SMS ya e-maillə “talaq” yazıb öz həyat yoldaşlarını boşayırlar.

İslama görə, ər 3 dəfə “talaq” deməklə, arvadını boşaya bilər.

Qırğızstanda belə boşanmalardan şikayətlər artmaqdadır.

Keçən il qonşu Tacikistanda İslam Şurası xüsusi fitva verib, “talaq” mesajları ilə boşanmağı qanunsuz elan etdi.