Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:19

Müsəlmanlara SMS-lə boşanmaq qadağan edilib


"Talaq" sözünü mesajla alsalar da, boşanmayacaqlar
"Talaq" sözünü mesajla alsalar da, boşanmayacaqlar

Tacikistanda bundan sonra arvada “Talaq” sözünü göndərməklə boşanmaq mümkün deyil

Tacikistanın dini hakimiyyəti SMS boşanmanı qadağan edən fətva verib. Dövlət Dini Komitəsinin verdiyi məlumata görə, son vaxtlar telefonla boşanmaların sayının artması ölkədə narazılıqların çoxalmasına səbəb olub. Belə ki, Rusiyada əmək miqrantları olan bir çox tacik kişiləri bir telefon zəngi ilə, yaxud da sadəcə SMS göndərməklə arvadlarından boşandıqlarını elan edirlər.



SMS ŞƏRİƏT?

Taciklərin mənsub olduğu sünni təriqəti bu ölkədəki kişilərə 1 ya 3 dəfə “talaq” deməklə arvadlarından boşanmasına imkan verir. Lakin tacik dini liderləri iddia edirlər ki, boşanmaq bu qədər asan ola bilməz.

Ölkənin Dövlət Dini Komitəsinin rəhbəri Abdulrəhim Xoliqov deyir ki, ölkə qanunvericiliyi telefonla boşanmağa icazə vermir: “Bu üsul Tacikistan qanunlarına ziddir. Həmçinin İslama qarşıdır. Dövlət Dini Komitəsi və Üləma Şurası bu mövzuda müzakirə aparıblar və verilən qərar belədir: bu cür boşanma üsulu qadağan edilir”.

“Bu, qadın və uşaq hüquqlarını pozan ədalətsiz və qanunsuz bir aktdır” deyən Tacikistan İslam Universitetinin rektoru Umarəli Nazarzoda tacik kişilərinə müraciət edərək onları ailə dəyərlərinə hörmət etməyi və evliliklərini dağılmasının qarısının alınmasına çağırıb. Amma islam alimi onu da vurğulayıb ki, əgər boşanma doğrudan da vacibdirsə, onda kişilər zəruri arqumentləri göstərməklə bu işi şərəflə yerinə yetirməlidirlər.



SMS BOŞANMA - KİŞİLƏRİN DOSTU?


Yerli vəkillər qeyd edirlər ki, SMS vasitəsilə boşanmalar adətən qadınlar və uşaqların xeyrinə olmur – onlar boşanma nəticəsində heç bir maliyyə yardımı almırlar. Çünki qadınlar öz ərlərini Rusiyadan tapıb geri qaytartdıra bilmirlər.

Tacikistandan olan miqrantların əksəriyyəti Rusiyada mövsümi işlərə gedir və orda qanunsuz şəraitdə, müqavilə olmadan (əsasən tikinti sahəsində) işləyirlər. Onların əksəriyyəti heç Rusiyada qeydiyyata da düşmür.

Tacikistanda mobil telefonla boşanmaların rəsmi statistikası yoxdur. Amma yerli media belə halların yüzlərlə olduğunu yazır.

Buna da bax:

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG