Balaxanıda neftçilərin maaş tələbilə daha bir etiraz aksiyası olub

Sizin brauzer HTML5-i dəstəkləmir

Sentyabrın 26-ı səhər saatlarında Balaxanı Neft-Qaz Çıxarma İdarəsinin yüzdən çox işçisi etiraz aksiyası keçirib. Aksiya iştirakçıları iş şəraitinin ağırlığından, yeni rəhbərliyin işçilərə münasibətindən şikayətləniblər. Onlar əmək haqlarının 2 dəfə artırılmasını da tələb ediblər.