-
Sentyabrın 20-si səhər saatlarında Balaxanı Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) 80-ə yaxın işçisi etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları iş şəraitinin ağırlığından, yeni rəhbərliyin işçilərə münasibətindən şikayətləniblər. Onlar əmək haqlarının 2 dəfə artırılmasını da tələb ediblər:
20 ilə yaxındır Balaxanı NQÇİ-də işlədiyini deyən neftçi Akif Musayev:
«Bizimlə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqavilələri daimi müddətə bağlansın və onun surəti bizə təqdim edilsin. Biz bərbad və dözülməz şəraitdə işləyirik. İş şəraitimiz yoxlanılsın və təcili olaraq keyfiyyəti qaldırılsın. Bundan əlavə fəhlələrin tibbi sığorta məsələsi ilə bağlı problemlər həll edilsin».
Balaxanı NQÇİ-nin rəhbərliyindən özünü Vahid Əbdülhəsənov kimi təqdim edən şəxs aksiyaçıların şikayətlərini dinlədi və araşdırılacağını bildirdi. O, müəssisə rəhbərliyinin ümumilikdə bu şikayətlərlə razılaşmadığını dedi və aksiyaçılardan etirazı dayandırıb işə qayıtmalarını tələb etdi.
Aksiyanı dayandıran neftçilər tələbləri yerinə yetirilməyəcəyi halda fasiləsiz tətillərə başlayacaqlarını bildiriblər.