Rasim Qaraca yazarlara kitablarını Türkiyədə çap etməyə şərait yaradacaq

Rasim Qaraca

-

"Alatoran" dərgisi xəbər verir ki, yazar Rasim Qaraca Azərbaycan kitab sektorunda önəmli bir yeniliyə imza atmaqdadır.

Yeni yaradılmış www.alatoran.com internet səhifəsi ilk dəfə olaraq kitab nəşri məsələlərinin sadə və şəffaf variantlarını kitab müəlliflərinə təqdim etməkdədir.

Artıq istəyən hər kəs www.alatoran.com yardımı ilə özü öz kitabının maliyyətinin elektron hesabını çıxara biləcək, 25 ədəddən başlayan minimum tirajlarda kitabının Türkiyədəki ən qabaqcıl mətbəələrdə, Avropa standartlarına uyğun nəşrinə nail olacaq.

Daha çox ədəbi yaradıcılığa yeni atılan, minimum xərclə maksimum effekt yaratmaq istəyən modern təfəkkürlü gənc müəlliflər üçün bu imkanlar son dərəcə əlverişlidir.

www.alatoran.com veb səhifəsində müəlliflərə hazır şablonlar təqdim edilməkdədir, belə ki, istəyən hər kəs kitabının dizayn işlərini özü gerçəkləşdirə bilər.

Bundan sonrakı aşamada kitab PDF formatda, hər şeyin tamam olduğuna dair təsdiq məktubuyla birlikdə alatoran.alatoran@gmail.com adresinə göndərilməlidir.

www.alatoran.com –un daha bir üstünlüyü: sifarişlər Azərbaycan üçün rekord qısa müddətdə, kitab PDF formatda alındıqdan sonra, 5-7 gün içərisində müəlliflərə təslim ediləcəkdir.