Zərnigar Ağakişiyeva da getdi...

Zərnigar Ağakişiyeva "Mehmanxana sahibəsi" teletamaşasında

-

Bir qrup kinematoqrafçı hakimiyyəti sərt tənqid edən Oskar mükafatlı kinossenarist, Ziyalılar Birliyinin rəhbərlərindən olan Rüstəm İbrahimbəyovun Azərbaycan Kinematoqrafçılar İttifaqınını (AKİ) tərk edib.

Onlar yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (ARKİ) üzv olmaq üçün ərizə ilə müraciət ediblər.

ARKİ-dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, həmin şəxslər

aktrisa, xalq artisti, Prezident təqaüdçüsü Zərnigar Ağakişiyeva,

rejissor, əməkdar incəsənət xadimi Cahangir Mehdiyev,

əməkdar rəssam Fikrət Ələkbərov,

ssenarist Yaqub Məmmədov,

rejissor Mikayıl Nəsirov,

səs operatoru Firudin Hüseynov,

rejissor Vasif Məmmədzadə,

əməkdar mədəniyyət işçisi Elman Əliyev,

icraçı prodüser Sahib Heybətovdur.