Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:27

Rüstəm İbrahimbəyovun təşkilatını 9 nəfər də tərk etdi


R.İbrahimbəyov (ortada) müxalifətin mitinqinə qatılıb, 8 aprel 2012
R.İbrahimbəyov (ortada) müxalifətin mitinqinə qatılıb, 8 aprel 2012
-

Daha bir qrup kinematoqrafçı hakimiyyəti sərt tənqid edən Oskar mükafatlı kinossenarist Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını (AKİ) tərk edib.

Bu yaxınlarda yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından (ARKİ) Trend-ə verilən məlumata görə, həmin şəxslər ARKİ-yə üzv olmaq üçün ərizə müraciət ediblər.

AKİ-ni tərk edənlər

Xalq rəssamı, Prezident təqaüdçüsü Rafis İsmayılov,

Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiq Nəsirov,

əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Sərdar Vəliyev,

əməkdar mədəniyyət işçisi Şahin Qalabəyov,

əməkdar artist, pofessor Gülşad Baxşıyeva,

əməkdar mədəniyyət işçisi Ramiz İsmayılov,

kinorejissor Nazim Məmmədov,

əməkdar mədəniyyət işçisi Nəriman Şıxəliyev,

kinoaktyor Zilli Namazovdur.

Qurumu tərk edənlər Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv olmaq üçün müraciət ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG