AB prezidenti Azərbaycanda səfərdədir

Herman Van Rompuy

Avropa Birliyinin (AB) prezidenti Herman van Rompuy Azərbaycanda səfərdədir.

O, prezident İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədovla görüşəcək. Daha sonra Dillər Universitetində çıxış edəcək, ona universitetin fəxri doktoru adı təqdim olunacaq.

AB prezidenti Azərbaycanda bir sıra məsələlər, o cümlədən Azərbaycanla qurum arasında əlaqələr, Dağlıq Qarabağ münaqişənin həlli barədə müzakirələr aparacaq.

Herman van Rompuy Azərbaycandan əvvəl Ermənistan və Gürcüstanda səfərdə olub.

Bu, Avropa Birliyi prezidentinin regiona ilk səfəridir.