Keçid linkləri

2025, 20 Dekabr, şənbə, Bakı vaxtı 19:09

AB prezidentinin Cənubi Qafqaza səfəri başlayır


Herman Van Rompuy
Herman Van Rompuy
İyulun 3-dən Avropa Birliyi prezidenti Herman Van Rompuyun Cənubi Qafqaza səfəri başlayır. Bu gün o, Yerevana gedir. Ermənistanda prezident Serj Sarkisyan və parlamentin spikeri ilə görüşəcək, parlamentdə çıxış edəcək.

Bu barədə AB prezidentinin saytı məlumat yayıb.

Herman Van Rompuy Ermənistandan sonra Gürcüstanda olacaq.

AB prezidentinin Azərbaycana səfəri iyulun 5-i səhərə planlaşdırılıb. O, prezident İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədovla görüşəcək. Daha sonra Dillər Universitetində çıxış edəcək, ona universitetin fəxri doktoru adı təqdim olunacaq.

Səfəri zamanı Azərbaycan-AB münasibətləri, ikitərəfli əməkdaşlığın inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.
XS
SM
MD
LG