Assange’ın həyatından film çəkiləcək

Julian Assange

«Wikileaks»in yaradıcısı Julian Assange-ın həyatından bədii film çəkiləcək.

Xəbəri Daily Telegraph yayıb.

Assange-ın uşaqlığından ta Londonda yaşadığı günləri əhatə edən filmi rejissor Cyril Tuschi-nin çəkəcəyi xəbər verilir.

Filmin ssenarisini Michael Gastere yazacaq.

Film 3 bölümdən ibarət olacaq.

Filmin prodüseri Jan Kruger «WikiLeaks»in yaradıcısı Julian Assange-ın «dijital dövrün Robin Hood-u olaraq» tanındığını söyləyib.

Filmi Almaniyanın Port-au-Prince Film studiyası çəkəcək.

Çəkilişlərin 2013-cü ilin yayına planlaşdırıldığı bildirilir.